“EU Reporter”: “Ermənistan qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil”

“EU Reporter”: “Ermənistan qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil”

Hazırda oxunan: “EU Reporter”: “Ermənistan qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil”

131320

Ermənistan təkcə suverenliyini və özünü müdafiə etmək qabiliyyətini itirməyib, həm də qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil. 

Bizim.Media xəbər verir ki, bu barədə “EU Reporter” nəşrində dərc olunan “Ermənistan öz suverenliyini necə itirib?” başlıqlı məqalədə deyilir. 

Məqalə müəllifi qeyd edir ki, Ermənistan hakimiyyəti uzun illərdir ki, Rusiya, İran, Fransa, Avropa İttifaqına, həmçinin erməni diasporuna və şübhəli keçmişi olan oliqarxlara “suverenliyindən parçalar” paylayıb:

“Amma bu suverenliyin itirilməsi narahatedicidir. Bu o deməkdir ki, münaqişə vəziyyətində olan ölkə mübarizə apara və ən əsası, sülh müqaviləsi bağlaya bilməz. Suverenliyin itirilməsi danışıqlar aparmaq qabiliyyətinin olmamasının sübutudur”. 

Məqalədə bildirilir ki, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir: “Erməni sahibkarlar da Nikol Paşinyandan narazıdırlar. Ermənistan baş nazirinin Almaniyaya səfəri zamanı ona sanksiyalardan yayınaraq Rusiyaya yardım göstərilməsinin qəbuledilməzliyi barədə xəbərdarlıq edilib”. 
Müəllifin sözlərinə görə, aprelin 15-də həm politoloqların, həm də idmansevərlərin diqqətini cəlb edən hadisə baş verib: “Həmin gün Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb”. 

Qeyd edilir ki, Azərbaycan bayrağını yandıran Aram Nikolyana qarşı Ermənistanda cinayət işi açılmayıb:

“Ermənistan hüquq-mühafizə orqanları bu cür davranışda qəbahət görmürlər. O, polis bölməsindən tez bir zamanda sərbəst buraxıldıqdan sonra qəhrəmancasına qarşılanıb. Erməni siyasətçilər, ictimai xadimlər, on minlərlə sosial şəbəkə istifadəçisi onu nümunə kimi göstərib”. 

Müəllifin fikrincə, Ermənistan indiki vəziyyətində bütün region üçün təhlükə yaradır:

“Qərb regiondakı münaqişəyə Ermənistanla Azərbaycan arasındakı toqquşma kimi baxmaqdan əl çəkməlidir. Bu, Rusiya və İranın marioneti olan ölkə ilə Avropanın enerji təhlükəsizliyinin asılı olduğu dövlət arasındakı münaqişədir. Odur ki, Avropanın qərar qəbul etməsinin və onlardan birinin tərəfini saxlamasının vaxtı çatıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO