"Ermənistan Baş Qərargahının rəisi hələ vəzifəsini icra edəcək, əgər..”- Ayvazyan

Hazırda oxunan: "Ermənistan Baş Qərargahının rəisi hələ vəzifəsini icra edəcək, əgər..”- Ayvazyan

13076

"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan səlahiyyətlərinin icrasını davam etdirəcək".

Bizim.Media “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bunu Emənistan Konstitusiyası məsələləri üzrə ekspert Vardan Ayvazyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Baş Qərargah rəisini istefaya göndərdi – Ermənistan çalxalanır


“Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir. Bunu prezident edir.

İndi prezidentin elə bir sərəncamı yoxdur. Ona görə də həmin şəxslər öz vəzifələrində qalacaq. Demək olar ki, Silahlı Qüvvələr seytnot vəziyyətdədir”, Ayvazyan deyib.

O bildirib ki, əgər Ermənistan prezidenti Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etməzsə, onda Nikol Paşinyanın qərarı qüvvəyə minəcək. 

O qeyd edib ki, Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir, başqa sözlə, məsələnin həlli üçün 8 gün var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO