İran Müəllimlər Birliyinin sözçüsü həbs OLUNDU

İran Müəllimlər Birliyinin sözçüsü həbs OLUNDU

Hazırda oxunan: İran Müəllimlər Birliyinin sözçüsü həbs OLUNDU

129268

Aprelin 5-də İran Müəllimlər Birliyinin sözçüsü, ictimai fəal və müəllim Məhəmməd Həbibi döyülərək həbs edilib.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu haqda onun xanımı Xədicə Pakzəmir məlumat yayıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri məktəbə hücum edərək Məhəmməd Həbibini qandallayıb və Tehrandakı zindana aparıblar.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təzyiqləri də artıb.

Təhlükəsizlik orqanları etirazların qarşısını almaq və müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittihamlar irəli sürərək onları basqı altında saxlamağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO