Bu gün Ermənistan parlamentinin binasında hakim partiyanın nümayəndəsi Vladimir Vardanyanla müxalifətdə olan deputat Mqer Saakyan arasında dava düşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Ermənistan parlamentinin müxalifət sayılan “Hayastan” adlı fraksiyasından olan deputat Mqer Saakyan baş vermiş davaya görə saxlanılıb.
Bildirilib ki, deputata qarşı cinayət işi başlanılıb, şahid ifadələri alınıb və lazımı istintaq hərəkətləri keçirilir.
Bizim.Media