Ukraynadakı müharibənin seyri tədricən nüvə savaşına doğru sürüklənməkdədir. Belə ki, tərəflər həllik sözdə də olsa, bir-birini artıq nüvə silahı ilə təhdid etməyə başlayıblar.
Hətta bu yaxınlarda Böyük Britaniya Kiyevə uran tərkibli mərmilər verib.
Söhbət Britaniyanın L26A1 və L27A1 tipli 120 mm-lik zirehdələn tank mərmilərindən gedir.
Onların zirehə nüfuzu müvafiq olaraq 600 və 720 mm-dir. 1991-ci ildə Britaniya hərbçilərinin ixtiyarına verilmiş L26A1 tank mərmisi iki kilometr məsafədən 443 mm-ə qədər homojen zirehləri deşməyə qadirdir.
Bu cür mərmilərin hazırlanması üçün urandan istifadə olunur. Bu materialın sıxlığı digər ərintilər və metallardan 2,5 dəfə yüksəkdir. Buna görə də, mərmi daha yüksək sürətə (1575 m/s-ə qədər) hədəfə çatır.
Bəzi hesablamalara görə, bu cür mərmilərin ballistik parametrləri Rusiyanın T-72B, T-72B3M, T-80BV tankları üçün ciddi təhlükə yaradır.
Məlumatlara görə, bu mərmilər radiasiya, yüngül şüalanma və ərazidə ciddi radioaktiv çirklənmə yarada, əhali arasında ciddi xəstəliklərə səbəb ola bilər.
Uran toz hissəciklərinin həzm və tənəffüs orqanlarına daxil olması ağır kimyəvi zəhərlənmələrə və onkoloji xəstəliklərin inkişafına səbəb olur.
Qərbin bu addımı Moskvanı xeyli qıcıqlandırıb. Buna cavab olaraq Rusiya prezident Vladimir Putin bir müddət əvvəl bildirmişdi ki, Qərb nüvə komponenti olan silahlardan istifadə etməyə başladığı üçün Rusiya da analoji cavab verməyə məcbur olacaq.
Artıq görünən odur ki, Rusiya da bu istiqamətdə real fəaliyyətə keçir. Belə ki, Rusiya taktiki atom silahlarını Belarusda yerləşdirməyə başlayıb. Proses ondan xəbər verir ki, Ukrayna müharibəsinin davam etməsi fonunda dünya artıq nüvə savaşının bir addımlığına gəlib çatıb.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Qərb və Rusiya tərəfindən atılan bu sayaq addımları əslində tərəflərin nüvə savaşı prosesinə hazırlıq mərhələsi kimi dəyərləndərmək olar:
“Ukrayna-Rusiya müharibəsi fonunda tərəflərin uzun müddətli hərbi ritorikası nüvə savaşının real olması ehtimalını istər-istəməz daha da gücləndirir. Amma tərəflərin atdığı bu addım o demək deyil ki, tezliklə nüvə silahından istifadə reallaşa bilər.
Fikrimcə, Qərbin Ukraynaya nüvə tərkibli mərmilər verməsilə Rusiyanın da Belarusda nüvə bazasını formalaşdırması əslində prosesin gedişinə hazırlıq mərhələsidir. Tərəflərin ritorikası göstərir ki, nüvə təhdidi günbəgün artır. Buna baxmayaraq, qarşıdakı mərhələdə müharibədə əvvəlki kimi daha çox quru qoşunları və aviasiyanın istifadə ediləcəyinin şahidi olacağıq”.
Ekspertin fikrincə, Rusiyanın məğlub olmayacağı təqdirdə, nüvə təhlükəsi reallaşa bilər.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
16:30 / 28.03.2023
Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?
Hazırda oxunan: Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?
Hazırda oxunan: Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?
127634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.