Bir neçə gün əvvəl qondarma Dağlıq Qarabağ rejimi “rəsmilərinin” 9 bahalı avtomobilinin hərraca çıxarılması ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, avtomobillərdən beşi “TOYOTA LC 150”, dördü isə “TOYOTA LAND CRUISER 200” markalı avtomobillərdir.
MÖVZU İLƏ BAĞLI:
“Araik təhlükəni hiss edir, Azərbaycana sığınmağa məcburdur” - Ekspert
Qondarma “DQR”in “aparat rəhbəri” Artak Beqlaryan öz “Facebook” səhifəsində paylaşım edərək həmin avtomobillərin Arayik Arutyunyan və “parlamentin”, “baş prokurorluğun”, “daxili işlər nazirliyinin” və bir neçə başqa idarənin işçilərinə məxsus olduğunu bildirib.
Bizim.Media