Güneyli qadın Tehranda həbs olundu

Güneyli qadın Tehranda həbs olundu

Hazırda oxunan: Güneyli qadın Tehranda həbs olundu

125653

Əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik qüvvələri tərəfindən Tehranda həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıblar.

Zeynəbin hara aparıldığı və həbs səbəbləri barədə informasiya verilmir.

Qeyd edək ki, müəllimlərin həmkarlar ittiafında fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəl də saxlanılıb. 

O, 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən həbs edilib. 

Güneyli müəllimə “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplamaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib. 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO