Paşinyandan Putinə zəng: Bakı ilə sülh müqaviləsini müzakirə etdi

Paşinyandan Putinə zəng: Bakı ilə sülh müqaviləsini müzakirə etdi

Hazırda oxunan: Paşinyandan Putinə zəng: Bakı ilə sülh müqaviləsini müzakirə etdi

125251

Erməni tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kremlin rəsmi saytı yayıb.

“2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bütün məlum sazişlərin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin hazırlıq prosesi müzakirə predmeti olub”, - mesajda deyilir.
Qarabağ ətrafında mövcud vəziyyətin müzakirəsi zamanı Vladimir Putin bütün yaranan məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətində həllinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO