Zəlzələlərdən sonra Türkiyədə normadan 4 qat artıq radon qazı YARANDI – Sağlamlığa təhlükədir 

Zəlzələlərdən sonra Türkiyədə normadan 4 qat artıq radon qazı YARANDI – Sağlamlığa təhlükədir 

Hazırda oxunan: Zəlzələlərdən sonra Türkiyədə normadan 4 qat artıq radon qazı YARANDI – Sağlamlığa təhlükədir 

124703

Türkiyənin Yıldız Texniki Universiteti (YTU) və Kocaeli Universiteti (KOÜ) tərəfindən aparılan araşdırmada fevralın 6-da baş verən zəlzələlərin episentri olan Kahramanmaraşda radon qazının səviyyəsinin normadan 4 dəfə artdığı müəyyən edilib.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki,  bu barədə mütəxəssis Osman Günay məlumat verib.

P bildirib ki, torpaqda çoxlu maddə və element var və bəziləri radioaktivdir, radioaktiv maddələrin çürüməsi nəticəsində radon qazı buraxılır:

“Torpağın olduğu hər nöqtədə radon qazı var. Çünki torpağın strukturunda uran, torium və kalium var. Bunlar parçalanaraq radon qazını əmələ gətirir.

Radon qazı radioaktiv qazdır, tənəffüs yolu ilə ağciyərlərə daxil olub, orqanizmdəki DNT molekullarına və hüceyrələrinə zərər verə bilər. Bu, xərçəng yaradır”.

Ardıcıl təkanların davam etməsi səbəbindən torpaqda genişlənmələrin davam etdiyini deyən mütəxəssis vurğulayıb ki, bu səbəbdən radon qazı yuxarıya doğru yüksəlməyə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO