Gürcüstanda polislə etirazçılar arasında toqquşmalar davam edir.
Bizim.Media xəbər verir ki, bugünkü etirazlarda yaşanan bir olay sosial şəbəkələrdə olduqca diqqət çəkib.
Belə ki, gənc etirazçı polislərin qarşısında Gürcüstan bayrağını yerə sərib. Polis əməkdaşı isə bayrağı öpərək yerdən qaldırıb.
Xatırladaq ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq minlərlə insan küçələrə axışıb. Aksiyaçıların əsas tələbi “xarici agentlər” haqqında qanun layihəsinin geri qaytarılması və aksiyada saxlanılanların azad edilməsidir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media