Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol BAĞLANDI 

Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol BAĞLANDI 

Hazırda oxunan: Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol BAĞLANDI 

124441

Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu qar uçqunu təhlükəsi səbəbindən ağır yük maşınları üçün bağlanıb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib . 

Qeyd olunur ki, minik avtomobilləri üçün hərəkətə icazə verilir, yük maşınları üçün isə keçid bağlı qalır. 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, yol buz bağladığına görə bağlanıb. 

Məlumat üçün bildirək ki, sözügedən yol Ermənistanın Rusiya ilə quru yolu vasitəsilə birbaşa əlaqəsini təmin edən yeganə marşrutdur.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO