“Xocalı cəlladlarının mühakimə olunması üçün əlimdən gələni edəcəyəm” - Erməni bloger

“Xocalı cəlladlarının mühakimə olunması üçün əlimdən gələni edəcəyəm” - Erməni bloger

Hazırda oxunan: “Xocalı cəlladlarının mühakimə olunması üçün əlimdən gələni edəcəyəm” - Erməni bloger

122679

“Bu gün Xocalı faciəsinin növbəti ildönümüdür. İlk növbədə, mən, Ermənistanın oğlu İşxan Verdyan, bu dəhşətli gündə öz yaxınlarını itirən bütün insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah ölənlərə rəhmət etsin, dirilərə səbr versin!”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni fəal və bloger İşxan Verdyan səsləndirib.

“İkincisi, sizi əmin etmək istəyirəm ki, insan övladının cəlladlarının - bunu edən canavarların ədalətli mühakimə olunması üçün ardıcıl olaraq əlimdən gələni edəcəyəm.

Onların adları, harada olduqları məlumdur. Qatillərin ədalətli məhkəmə qarşısına çıxarılması üçün lazım olan yeganə şey Ermənistanla Azərbaycan arasında ədalətli sülhdür. Vacib olan budur. Sülh torpağımızın bir daha belə vəhşilikləri görməyəcəyinə zəmanət verəcək”, deyə o, qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO