Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından XİLAS EDİB - FOTO

Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından XİLAS EDİB - FOTO

Hazırda oxunan: Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından XİLAS EDİB - FOTO

120838

Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov Türkiyədə zəlzələ bölgəsində xüsusi cihazla 14 nəfəri xilas edib.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, C.Xəlilov könüllü olaraq Kahramanmaraşda axtarış-xilasetmə işlərinə qatılıb.

Mütəxəssis bildirib ki, istifadə etdiyi cihaz dağıntı altını görüntüləmə xüsusiyyətlərinə malikdir.

Onun sözlərinə görə, iki kamera və akustik səs yazan sistemdən ibarət qurğu dağıntılar altındakı vəziyyəti göstərə və qarşılıqlı əlaqə imkanı yarada bilir.

C.Xəlilov ilk olaraq fevralın 9-da 17 yaşlı qızın xilas edilməsində fəal rol oynayıb.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-ə çatıb. 108 068 nəfər yaralanıb. Zəlzələ bölgəsindən təxliyə olunanların sayı isə 216 347 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO