Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
“Bir çox vətəndaşımız haqqında məlumat alınıb. İki vətəndaşımız qalıb ki, onlardan hələlik xəbər yoxdur”, - deyə bildirilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Xatırladaq ki, Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub.
Bizim.Media