Paşinyan mitinqləri dağıtmaq üçün yeni üsula əl atdı

Paşinyan mitinqləri dağıtmaq üçün yeni üsula əl atdı

Hazırda oxunan: Paşinyan mitinqləri dağıtmaq üçün yeni üsula əl atdı

12034

Ermənistanda insanlar zorla mitinqə çıxarılır.

Bizim.Media “Sputnik Armenia” saytına istinadən məlumat verir ki, bu barədə Ermənistan hüquq mühafizə orqanları məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan qohum-əqrabası ilə mitinq keçirdi - FOTO


Hüquq-mühafizə orqanları işçilərinin mitinqlərə məcburi göndərilməsi ilə bağlı olaraq cinayət və inzibati məsuliyyətin nəzərdə tutduğunu xatırladıb.

Ermənistan polisi bir sıra müəssisə və fabrik sahiblərinə öz işçilərini müxalifət mitinqlərində iştirak etməyə məcbur etmək cəhdlərindən çəkindirmək üçün rəsmi xəbərdarlıq edib.

Açıqlamaya görə, bəzi fabrik və zavodlar, o cümlədən müxtəlif təyinatlı müəssisələr öz işçilərini mitinqlərdə iştirak etməyə məcbur edir. 

Eyni zamanda, hüquq mühafizə orqanlarına işçilərin mitinqlərdə iştirakını təmin etmək məqsədi ilə müəssisə rəhbərləri tərəfindən təhdid edilməsi ilə bağlı kütləvi şikayətlərin daxil olduğu qeyd olunur. 

Ermənistan polisinin verdiyi açıqlamda bu cür addımların vətəndaşların konstitusiya hüquq və azadlıqlarına qarşı cinayət olduğu, bu cür fəaliyyətlərdə iştirak edən şəxslərin minimum əmək haqqının 300 və ya 500 misli miqdarında cərimə olunacağı bildirilib.

Qeyd edək ki, Ermənistan müxalifətini təmsil edən 16 siyasi partiya “Vətənin Qurtuluşu Hərəkatı” adı altında 20 fevral tarixində paytaxt  İrəvanda  mitinq keçirəcəyini elan edib.

Müxalifət nümayəndələri isə bu açıqlamanın Paşinyan hakimiyyəti tərəfindən mitinqə daha çox insanın çıxmasının qarşısını almaq üçün atılmış siyasi təzyiq vasitəsi olduğunu bildirir. 

Onların sözlərinə görə, Paşinyan müxalifətin mitinqlərinə qatılan şəxsləri bu üsulla təhdid edərək meydanlardan uzaq saxlamağa çalışır.

Hakimiyyətin fikrincə, əgər meydana çıxmısansa və etiraz edirsənsə, deməli səni kimsə buna məcbur edib və səndə, səni meydana çıxaranlar da cəzalanmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO