Rusiya Dövlət Dumasının sədri Ermənistana xəbərdarlıq etdi - VİDEO

Rusiya Dövlət Dumasının sədri Ermənistana xəbərdarlıq etdi - VİDEO

Hazırda oxunan: Rusiya Dövlət Dumasının sədri Ermənistana xəbərdarlıq etdi - VİDEO

120221

Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkəsini itirəcəklər.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodin Milli Məclisin sədri Sahibə Qafarova ilə Qarabağda vəziyyətin nizamlanmasına dair müzakirə zamanı deyib.

O, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həllinə nail olunmadığını deyib.

“Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli, Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir.

Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.

Qeyd edək ki, Avropa İttifaqı bu ay Ermənistana yeni müşahidə missiyası göndərəcək. Ermənistan mediasında yayılan məlumata görə, missiyanın azı iki illik müddətə göndərilməsi nəzərdə tutulub. Qeyd olunur ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrup kimi budəfəki missiya da Ermənistan ərazisində yerləşəcək. Müşahidəçilərin sayı rəsmi olaraq açıqlanmasa da, missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı vurğulanır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı sözügedən məsələyə toxunarkən iradlar bildirmişdi. 

Yeri gəlmişkən, Ermənistanın müşahidə missiyası üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yox, Aİ-yə, ATƏT-ə üz tutmasının da səbəbləri var. Ermənistan anlayır ki, KTMT-nin əli ilə Azərbaycana təzyiq göstərə bilməyəcək. Çünki KTMT üzvləri Ermənistana açıq şəkildə başa salıblar ki, hansısa anti-Azərbaycan kampaniyasında iştirak etməyəcəklər, daha çox neytral mövqedə dayanacaqlar. 

Ermənistana 200 nəfərlik müşahidə missiyasının göndərilməsi həm də bu ölkədə Rusiyanın təsirini bir qədər də zəiflətməyə hesablanıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO