Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara BAŞLANILDI 

Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara BAŞLANILDI 

Hazırda oxunan: Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara BAŞLANILDI 

119828

Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara başlanılıb.

Bizim.Media türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş Baş Prokurorluğu şəhərdəki zəlzələlərdən sonra dağılan binalarla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Bildirilib ki, zəlzələ bölgələrində dağılan binalarla bağlı dərhal və gecikdirilmədən araşdırmalara başlanılıb və bu çərçivədə texniki ekspert komissiyaları təyin edilib.

Artıq sahədən nümunələr götürülüb.

"Binaların tikintisini öhdəsinə götürən və sonradan tikinti normalarına əməl etməyərək binaların uçmasına səbəb olacaq şəkildə dəyişiklik edən məsul şəxslərin müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparılıb.
Həmin şəxslər baxımından zəruri ehtiyat situasiyaları qiymətləndirilərək məsələnin həssaslığı nəzərə alınmaqla, təhqiqat hərtərəfli və bütün detallarla aparılır", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO