Türkiyədə Kahramanmaraşda daha bir möcüzə yaşandı.
Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələdən sonra dağıntılar altından Kahramanmaraş sakini sağ çıxarılıb.
Verilən məlumatlara görə, xilas olunan vilayət sakini yaşlı bir qadındır.
Qeyd edək ki, Türkiyədə zəlzələ qurbanlarının sayı 18 342-yə çatıb. Yaralı sayı isə 74 242-dir.
Bizim.Media