Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək

Hazırda oxunan: Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək

119250

“Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın nəşi Vətənə göndəriləcək”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşin ölkəyə göndərilməsi ilə bağlı iş gedir: 

"Onun nəşi əvvəlcə Ankaraya gedəcək, oradan da Vətənə yola salınacaq”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO