Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etmiş şəxslər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında etiraz aksiyası keçiriblər.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etiraz edən müharibə iştirakçıları hələ hərbi biletlərini geri almadıqlarını söyləyiblər:
“Müharibənin bitməsindən üç ay keçib, amma hərbi biletimi qaytarmayıblar və müharibədə iştirak etdiyimi təsdiqləyən sənəd verməyiblər. Qanuna görə, biz müharibədə iştirak etdiyimiz üçün pul almalıyıq, amma hələ heç bir şey almamışam”, - deyə etirazçılardan biri qeyd edib.
Daha sonra etirazçılar Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüblər.
Nazirlikdən bildirilib ki, etirazçılar hərbi biletlər üçün Mərkəzi Hərbi Komissarlığa müraciət etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Region
14:05 / 15.02.2021
Hərbi biletlərimizi verin - Ermənistanda müharibə iştiakçılarının etirazı başladı
Hazırda oxunan: Hərbi biletlərimizi verin - Ermənistanda müharibə iştiakçılarının etirazı başladı
Hazırda oxunan: Hərbi biletlərimizi verin - Ermənistanda müharibə iştiakçılarının etirazı başladı
11900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.