İranda etiraz aksiyasının qeyri-rəsmi himni

İranda etiraz aksiyasının qeyri-rəsmi himni "Qremmi" MÜKAFATI ALDI

Hazırda oxunan: İranda etiraz aksiyasının qeyri-rəsmi himni "Qremmi" MÜKAFATI ALDI

118940

İranın tanınmış müğənnisi və bəstəkarı Şervin Hacıpurun “Bərai” (“Ona görə”) mahnısı “Qremmy” mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosu yayıb.

Qeyd edək ki, “Bərai” mahnısı sentyabrın 17-dən başlayan və davam edən etiraz aksiyaçılarının qeyri-rəsmi himnidir. Mahnıda İran xalqının on illərdir çəkdiyi zülm, ağrı-acılarından, uğrunda mübarizə aparılan amallardan bəhs edilir. “Qadın, Həyat, Azadlıq!” şüarı vurğulanır.
Şervin Hacıpur 2022-ci il sentyabrıən 29-da bu mahnıya görə saxlanılıb. Girov qarşılığında oktyabrın 4-də zaminə buraxılıb. Şervin Hacıpur 1997-ci il martın 30-da İranın Mazandaran əyalətinin Babol şəhərində anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO