“Zəlzələ bölgələrinə humanitar yardım və axtarış-xilasetmə qruplarının çatdırılması üçün əməliyyatlar davam edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının sözçüsü Yəhya Üstün sosial media hesabından verdiyi açıqlamada bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə doqquzu yük təyyarəsi olmaqla 47 uçuş həyata keçirilib.
“Bu çərçivədə yola düşən humanitar yardım təyyarələrimizin geri dönüş reyslərini vətəndaşlarımızın istifadəsinə təqdim edirik. Həm bu reyslərin, həm də bizim Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan İstanbula uçuşların bilet qiymətlərini 13 fevral tarixinə qədər vergilər də daxil olmaqla 100 TL-yə (təqribən doqquz manat) təyin edirik”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:09 / 07.02.2023
Zəlzələ bölgələrindən İstanbula uçuş 100 TL-yə ENDİRİLDİ - FOTO
Hazırda oxunan: Zəlzələ bölgələrindən İstanbula uçuş 100 TL-yə ENDİRİLDİ - FOTO
Hazırda oxunan: Zəlzələ bölgələrindən İstanbula uçuş 100 TL-yə ENDİRİLDİ - FOTO
118916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.