Rəsmi İrəvandan Lavrova SƏRT SUAL – “Məgər Rusiya bizə silah verməyib?”

Rəsmi İrəvandan Lavrova SƏRT SUAL – “Məgər Rusiya bizə silah verməyib?”

Hazırda oxunan: Rəsmi İrəvandan Lavrova SƏRT SUAL – “Məgər Rusiya bizə silah verməyib?”

118443

Ermənistan Prezidentinin baş müşavirinin milli təhlükəsizlik üzrə köməkçisi Vladimir Poqosyan qatıldığı canlı yayımda Rusiya xarici işlər naziri Sergey Lavrova cavab verib.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, Lavrovun “Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi” açıqlaması Poqosyanı hiddətləndirib.

“Məgər bizə Rusiya Federasiyası silah-sursat verməyib? Onda cənab Əliyevin qarşısında üzr istə, de ki, bağışla, biz işğala kömək etmişik, biz özümüz də işğalçıyıq", - deyə Ermənistan rəsmisi bildirib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 2-də ölkəsinin rəsmi televiziya kanalına müsahibəsində bunları demişdi:

“Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO