Xəbər verdiyimiz kimi, iki gün öncə İranın 14 hərbi obyektinə dronlarla zərbələr endirilib. Bu hadisəni indiyə kimi, heç bir ölkə boynuna götürməyib, ancaq ABŞ Dövlət Departamentinə yaxın olan mənbə zərbələrin İsrail tərəfindən həyata keçirildiyini qeyd edib.
Ekspertlərin fikrincə, bölgədə molla rejimini dəstəkləyən yeganə ölkə olan Ermənistan bu insidentdən bərk qorxuya düşüb. Politoloqlar bunun rəsmi İrəvan üçün növbəti ciddi sınaq olduğunu deyirlər. Bəs İrəvan nə etməlidir?
Bizim.Media xəbər verir ki, erməni şərqşünas Qarik Misakyan “Sputnik Armenia” nəşrinə mövzu ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, hələlik Ermənistan bu və ya digər aktorun tərəfini tutmaqdan çəkinməlidir.
“Vəziyyət hələ aydın deyil. Bu baxımdan İrəvan aydın və birmənalı mövqe sərgiləməlidir”, deyə o, əlavə edib.
Qarik Misakyan hesab edir ki, İran-Azərbaycan gərginliyi pik həddə çatarsa, Ermənistan Tehrana informasiya və hərbi sahədə dəstək verməlidir.
Bizim.Media
- A-
- A
- A+
Region
09:38 / 31.01.2023
“İran-Azərbaycan gərginliyi pik həddə çatarsa, Tehrana hərbi dəstək verməliyik” - Erməni şərqşünas
Hazırda oxunan: “İran-Azərbaycan gərginliyi pik həddə çatarsa, Tehrana hərbi dəstək verməliyik” - Erməni şərqşünas
Hazırda oxunan: “İran-Azərbaycan gərginliyi pik həddə çatarsa, Tehrana hərbi dəstək verməliyik” - Erməni şərqşünas
117552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.