Sabiq deputatın evi qarət olundu - Antikvar əşyalar aparıldı

Sabiq deputatın evi qarət olundu - Antikvar əşyalar aparıldı

Hazırda oxunan: Sabiq deputatın evi qarət olundu - Antikvar əşyalar aparıldı

11723

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət edilib.

Bizim.Media xəbər verir ki, bu barədə A.Süleymanov yerli mediaya özü məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Mağazanın seyfindən 13 minə yaxın pul oğurlandı - FOTO 


Bildirib ki, oğurluq sistemli şəkildə olub və cinayətkarlar ayrı-ayrı günlərdə evə daxil olublar. Sonuncu qarət hadisəsi isə bu gün səhər saatlarında baş verib.

«Oğrular həyətyanı sahədə olan antikvar əşyaları aparıblar və avtomobili qarət ediblər»-deyə o qeyd edib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO