İranın Azərbaycandakı səfiri şəhid Orxan Əsgərovun dəfn mərasiminə GƏLƏCƏK? – Səfirlikdən AÇIQLAMA 

İranın Azərbaycandakı səfiri şəhid Orxan Əsgərovun dəfn mərasiminə GƏLƏCƏK? – Səfirlikdən AÇIQLAMA 

Hazırda oxunan: İranın Azərbaycandakı səfiri şəhid Orxan Əsgərovun dəfn mərasiminə GƏLƏCƏK? – Səfirlikdən AÇIQLAMA 

117167

Xəbər verildiyi kimi Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərov sabah II Fəxri Xiyabanda dəfn olunacaq. 

Artıq bu gün səhərdən başlayaraq dəfn hazırlıqlarına başlanıb. Cənazə isə vətənə axşam saatlarında gətiriləcək. 

Qeyd edək ki, Azərbaycan səfirliyə hücumu "terror" kimi qiymətləndirib, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb, eyni zamanda səfirlik əməkdaşlarının evakuasiyasını həyata keçirir. Bundan əlavə İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi baş vermiş qanlı hadisə ilə bağlı bəyanat yayıb. 

Söyləntilərə görə şəhidimizin dəfn mərasiminə ölkənin yüksək rütbəli şəxsləri ilə yanaşı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin də qatılacağı gözlənilir. 

İranın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Behnam Məlikpur Bizim.Media-ya açıqlamasında  məsələ ilə bağlı bunları deyib:

“Səfirin dəfn mərasimində iştirakı mərhumun nəşinin gəlməsindən sonra bəlli olacaq. Hələki bununla bağlı konkret qərar verməmişik”, - deyə səfirlik rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO