Azərbaycandan operativ istintaq qrupu İrana GEDƏCƏKMİ? – XİN-dən CAVAB

Azərbaycandan operativ istintaq qrupu İrana GEDƏCƏKMİ? – XİN-dən CAVAB

Hazırda oxunan: Azərbaycandan operativ istintaq qrupu İrana GEDƏCƏKMİ? – XİN-dən CAVAB

117132

Xəbər verildiyi kimi Azərbaycanın İrandakı səfirliyinə olunan hücumla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan hökuməti tərəfindən sözügedən terror hücumunu törədənin və qanlı əməlin sifarişçilərinin sərt şəkildə cəzalandırılması tələb olunur. 

Maraqlıdır, olayı araşdırmaq üçün Azərbaycandan operativ istintaq qrupu İrana gedəcəkmi? 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb.

O, bildirib ki, terrorçunun ən sərt şəkildə cəzalandırılması İran tərəfindən tələb olunub:

“Aidiyyəti qurumlarımız da müvafiq iş həyata keçirir. Eyni zamanda Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək”, - deyə Ayxan Hacızadə əlavə edib. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO