Hazırda Azərbaycanın İrandakı səfirliyinin önündə vəziyyət - VİDEO 

Hazırda Azərbaycanın İrandakı səfirliyinin önündə vəziyyət - VİDEO 

Hazırda oxunan: Hazırda Azərbaycanın İrandakı səfirliyinin önündə vəziyyət - VİDEO 

117042

Azərbaycanın İrandakı səfirliyinin olduğu ərazidən görüntülər paylaşılıb. 

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, görüntülərdə səfirliyin qapısına atılan güllə izləri də əks olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO