İrandakı səfirliyimizə hücumla bağlı YENİ DETALLAR 

İrandakı səfirliyimizə hücumla bağlı YENİ DETALLAR 

Hazırda oxunan: İrandakı səfirliyimizə hücumla bağlı YENİ DETALLAR 

116966

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı yeni detallar üzə çıxıb. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, İranın “eghtesaad24” saytı bu barədə məlumat yayıb.

Belə ki, İran polisinin 110 saylı qaynar xəttindən daxil olan məlumata əsasən, bu gün yanvarın 27-i səhər saatlarında Tehranın Şəriəti küçəsində yerləşən Azərbaycan səfirliyinə bir nəfər daxil olaraq Kalaşnikov avtomatından atəş açmağa başlayıb.

Dərhal Böyük Tehran vilayətinin polis komandanı polis qüvvələri ilə birlikdə səfirliyin yerləşdiyi əraziyə gedib.

Araşdırmalardan sonra müəyyən edilib ki, təxminən 50 yaşlı kişi yanında 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobildə səfirliyin qapısına doğru hərəkət edərək, silahsız mühafizəçini hədələyib, silahla səfirliyə daxil olub və səfirliyin giriş qapısına atəş açmağa başlayıb.
Bununla bağlı, səfirliyin 43 yaşlı bir kişi əməkdaşı dünyasını dəyişib, 30-35 yaşlarında olan digər 2 əməkdaş isə biri əlindən və ayağından güllə yarası alıb, digəri isə fiziki xəsarətlər alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO