Ermənistan Avropanın “qara siyahısı”ndan çıxmağa çalışır - Erməni ekspert

Ermənistan Avropanın “qara siyahısı”ndan çıxmağa çalışır - Erməni ekspert

Hazırda oxunan: Ermənistan Avropanın “qara siyahısı”ndan çıxmağa çalışır - Erməni ekspert

116047

“Aviasiya haqqında” qanuna dəyişikliklər Ermənistanın Avropanın “qara siyahısı”ndan çıxmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik Armenia” nəşrinə açıqlamasında “Armavia”nın keçmiş direktoru, ekspert Norayr Beluyan səsləndirib.

Onun sözlərinə görə, sərt addımlar olmadan bunu etmək mümkün deyil:

“Pis reputasiyaya malik olan adamların hava daşımaları ilə məşğul olmasına icazə verilməməlidir, çünki onlar təkcə özünün deyil, bütün respublikanın şərəfini ləkəlir.  Bu aviaşirkətlərə lisenziya verilməməlidir.

Əgər biz həqiqətən də “qara siyahı”dan çıxmaq istəyiriksə, o zaman siyasi spekulyasiyalardan çəkinməli, qanuna uyğun olaraq sərt qaydalar tətbiq etməliyik. Biz yalnız aviasiyamızı inkişaf etdirməliyik".
Xatırladaq ki, Ermənistan parlamenti hökumətin təklif etdiyi “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO