Çavuşoğlu Ermənistana səsləndi: “Türkiyə və qardaş Azərbaycan normallaşmaya sadiqdir”

Çavuşoğlu Ermənistana səsləndi: “Türkiyə və qardaş Azərbaycan normallaşmaya sadiqdir”

Hazırda oxunan: Çavuşoğlu Ermənistana səsləndi: “Türkiyə və qardaş Azərbaycan normallaşmaya sadiqdir”

115588

Ankara İrəvanla normallaşma prosesində Ermənistan tərəfdən “təkcə sözdə deyil, həm də əməldə” səmimiyyət görmək istəyir.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmvətənləri ilə görüşündə deyib.

“Biz sülh yolunda səmimi addımların atılmasını gözləyirik. Təəssüf ki, son vaxtlar geriyə addımlar görürük. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu təkcə sözdə deyil, həm də əməldə görmək istəyirik”. “Yeni Akit” nəşri Çavuşoğlunun sözlərindən sitat gətirib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı əməllərində səmimidirlər:

“Qardaş, əziz Azərbaycan adından bunu rahatlıqla deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşmaya sadiqdirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO