İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO

İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO

115573

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumat verir.

Bildirilib ki, yanvar ayının 17-də saat 05:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə “Toyota Pirus” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-cı il təvəlüdllü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəlüdllü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəlüdllü Hüseyinov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib.

Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), 290 ədəd psixotrop həb (“metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO