“Kasparov Azərbaycana qarşı nankor çıxdı” - Anatoli Karpov

“Kasparov Azərbaycana qarşı nankor çıxdı” - Anatoli Karpov

Hazırda oxunan: “Kasparov Azərbaycana qarşı nankor çıxdı” - Anatoli Karpov

11511

“Harri Kasparov mənimlə dünya çempionu adı uğrunda mübarizə aparanda həmişə Moskvada münasibətləri ayırd etməyə çalışırdı. Guya onun yaxşı maliyyələşməsi var idi, Azərbaycanın adını çəkmirdi. Mən ona deyirdim ki, Moskvadan başqa bir şeyim yoxdur, sənin arxanda isə bütün Azərbaycan dayanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri şahmat üzrə on ikinci dünya çempionu, Rusiya Dövlət Dumasının deputatı, tanınmış ictimai xadim Anatoli Karpov səsləndirib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakılı şahmatçı Kasparovun anası öldü


Şahmatçı Azərbaycanda Kasparova şərait yaradıldığını, imkanlarının hədsiz olduğunu xatırladıb:

“Zənnimcə o, Azərbaycandan mənim bütün ömrüm boyu əldə etmədiyimi aldı. Bütün bunlardan sonra necə nankor ola bilərsən?! Bu, düzgün deyil! Onun arxasında respublika dayanmışdı”.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO