“Dostlarımız gözümüzün önündə külə dönürdü...” – Hərbçilər etiraz edir

“Dostlarımız gözümüzün önündə külə dönürdü...” – Hərbçilər etiraz edir

Hazırda oxunan: “Dostlarımız gözümüzün önündə külə dönürdü...” – Hərbçilər etiraz edir

11493

“Dostlarımız gözümüzün önündə külə dönürdü, xilas olmaq üçün qaçmağa məcbur idik” – həbs olunan erməni əsgərləri Paşinyanın qərarına etiraz edirlər.

Bizim.Media xəbər verir ki, Paşinyan 10.000 hərbiçinin həbsinə qərar verib. Ermənistanın “Joxovurd” qəzeti isə yazır ki, bu qərardan sonra hüquq mühafizə və məhkəmə orqanlarının çox ciddi problemlə qarşılaşıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlandı

 

Qəzetin məlumatına görə, Ermənistan ictimaiyyəti Qarabağdakı 44 müharibə zamanı fərarilikdə ittihm olunan 10.000 nəfərin istintaqını və məhkəmə prosesini icra etməlidir.

Son günlərdə hüquq mühafizə orqanları tərəfindən müharibə dövründə öz mövqelərini öz başına tərk edən və döyüşdən qaçdığı müəyyən olunan şəxslər istintaq idarələrinə aparılır. 

Qəzet mühakimə olunan insanların isə hazırlıqsız şəkildə döyüşə göndərildiklərinə diqqət çəkir. Onlar, göydən od alovun yağdığı bir yerdə qaçmaqdan başqa seçimlərinin olmadığını qeyd edərək özlərini müdafiə edirlər. 

“Dostlarımız gözümüzün önündə külə dönürdü, xilas olmaq üçün qaçmağa məcbur idik. Başqa nə edə bilərdik? Orda qalıb ölməliydik?”, deyə fərarilər qeyd edir.

Şahid ifadələrini dinləyən müstəntiqlər isə nə edəcəklərini, bu məsələdə hansı qanuni qərar verəcəyini bilmirlər. 

"Joxovurd" qəzetinin yazdığına görə, artıq 10 mindən çox insana qarşı cinayət işləri başlanılıb və onların hərəkətləri ilə bağlı hansı qərar veriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, dünən parlamentdəki çıxışı zamanı Ermənistan baş naziri Nikol Paşinyan “Maariflənmiş Ermənistan” fraksiyasının sədri Edmond Marukyanın sualını cavablandırarkən, 44 günlük müharibə ilə əlaqədar 10 mindən çox cinayət işinin başladıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO