Xamenei etirazçıları

Xamenei etirazçıları "xain" adlandırdı

Hazırda oxunan: Xamenei etirazçıları "xain" adlandırdı

113988

İranın rəhbəri Seyid Əli Xamenei ölkədə davam edən etiraz aksiyaları ilə bağlı narahatlığını dilə gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, o, yanvarın 9-da çıxışı zamanı etiraz nümayişlərinə qoşulanları “xain” adlandırıb.

Əli Xamenei aidiyyatı dövlət orqanları və səlahiyyətlilərin küçələrə çıxanlara qarşı sərt tədbirlər görmələrini tələb edib.

Xatırladaq ki, Xamenei bundan öncə də İran Məhkəmə Sistemi və Baş Prokurorluğundan nümayişçilər barədə sərt ölçü götürmələrini tələb etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO