Paşinyan geri addım atdı: “Rusiya ilə ultimatumla danışmamalıyıq”

Paşinyan geri addım atdı: “Rusiya ilə ultimatumla danışmamalıyıq”

Hazırda oxunan: Paşinyan geri addım atdı: “Rusiya ilə ultimatumla danışmamalıyıq”

113966

“Biz tərəfdaşlarımızla (Rusiyanı nəzərdə tutur) ultimatumla danışmamalıyıq”.

Bizim.Media xəbər verir ki, bu fikri baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirilən mətbuat konfransında səsləndirib. 

O, Laçın dəhlizinə görə İrəvanın Moskvaya iddialı tələblərinə münasibət bildirib. 

Paşinyan qeyd edib ki, Laçın dəhlizindəki vəziyyət ictimaiyyətə açıqlanıb, buna qiymət verilib. 

Baş nazirin fikrincə, Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir: “Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.

Paşinyan Ermənistanın Laçın dəhlizinin rahat işləməsini təmin etmək öhdəliyinin olmadığını vurğulayıb:

“Əsas vəzifələr Rusiya və Azərbaycana həvalə olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO