İstanbul Polis İdarəsinin əməkdaşları terror aktı törətməyə hazırlaşan və bu niyyətlə də rəqəmsal vasitələrlə təbliğat işi aparan İŞİD terrorçusunu ələ keçiriblər.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, “tənha canavar” (yalnız kürt) kod adı ilə terror aktı planlaşdıran şəxsin yaşadığı evdə aparılan axtarış zamanı ciddi dəlillər, o cümlədən rəqəmsal vasitələrlə düzəldilən materiallar ələ keçirilib.
Bildirilib ki, ələ keçirilən sübutlar şübhəlinin ölkədə yerli və xarici turistlərin olduğu məkanlarda, turizm obyektlərində terror aktı törətmək niyyətində olduğunu aşkara çıxarıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:05 / 03.01.2023
İstanbulda təhlükəli terrorçu ələ keçirildi - FOTO
Hazırda oxunan: İstanbulda təhlükəli terrorçu ələ keçirildi - FOTO
Hazırda oxunan: İstanbulda təhlükəli terrorçu ələ keçirildi - FOTO
112926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.