Türkiyənin “Siper” uzaqmənzilli hava hücumundan müdafiə raketi uğurla sınaqdan keçirilib və 100 km-dən çox məsafədə hədəfi vurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Şafak” Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.
Nəşr yazır ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sınaqların türk xalqına “Yeni il hədiyyəsi” olduğunu və ölkənin 2023-cü ildə “Türkiyə müdafiə sənayesi dövrünə” qədəm qoyduğuna işarə olduğunu bildirib.
“Siper” layihəsinə Türkiyənin böyük müdafiə şirkətləri “Aselsan” və “Roketsan”, həmçinin Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) rəhbərlik edir.
Türkiyə Rusiyanın S-400-ləri ilə rəqabət aparacağı gözlənilən “Siper”dən başqa “Korkut”, “Sunqur” və “Hisar” hava hücumundan müdafiə sistemlərini də hazırlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
05:33 / 01.01.2023
Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi SINAQDAN KEÇİRİLDİ
Hazırda oxunan: Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi SINAQDAN KEÇİRİLDİ
Hazırda oxunan: Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi SINAQDAN KEÇİRİLDİ
112642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.