Paşinyan dünyadakı reallıqları anlamır - Zaxarova

Paşinyan dünyadakı reallıqları anlamır - Zaxarova

Hazırda oxunan: Paşinyan dünyadakı reallıqları anlamır - Zaxarova

112285

"Paşinyan dünyadakı reallıqları anlamır".

Bizim.Media xəbər verir ki, bunu həftəlik mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini tənqid etməsinə cavab olaraq bildirib.

“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin tənqidi qəbuledilməzdir”, - deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Paşinyan hökumətin son iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini kəskin tənqid edib, hətta onları təhdid etməkdən belə çəkinməyib.
Ermənistanın baş naziri Rusiya sülhməramlılarının "qeyri-qənaətbəxş fəaliyyətinə" toxunaraq, problemin həllinə digər beynəlxalq strukturların cəlb edilməsini, məsələn, BMT sülhməramlılarının Qarabağa dəvət olunmasını təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO