Çavuşoğludan Laçın yolundakı aksiya ilə bağlı AÇIQLAMA

Çavuşoğludan Laçın yolundakı aksiya ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Çavuşoğludan Laçın yolundakı aksiya ilə bağlı AÇIQLAMA

112253

"Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir”, - deyə XİN başçısı vurğulayıb.

Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu və Ermənistanla normallaşama prosesinin davam etdiyini bildirən Cavuşoğlu deyib ki, Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.

“Azərbaycanın torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir” deyən Cavuşoğlu Türkiyənin hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın yanında olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO