SEPAH medianı hədələdi

SEPAH medianı hədələdi

Hazırda oxunan: SEPAH medianı hədələdi

112243

İran İnqilabının Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif İrandan xaricdə fəaliyyət göstərən farsdilli medianı təhdid edib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, dekabrın 28-də xarici ölkələrdə İranla bağlı fəaliyyət göstərən medianı düşmən adlandıran SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə müavini onların iranlıların düşüncə tərzlərini dəyişməyə və mənfi təsir buraxmağa çalışdıqlarını deyib.

O, xaricdəki mediaya nəzarət etdiklərini iddia edib və onların hər birinə ayrı-ayrılıqda cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmail Qaani də xaricdə fəaliyyət göstərən medianı hədələyib.

"Bir gün bizə qarşı media fəaliyyəti göstərənlər bir gün ağır zərbə alacaqlar",-deyə, Qaani təhdid etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO