Ermənilər Gümrüdəki 102-ci hərbi bazanı mühasirəyə alacaq

Ermənilər Gümrüdəki 102-ci hərbi bazanı mühasirəyə alacaq

Hazırda oxunan: Ermənilər Gümrüdəki 102-ci hərbi bazanı mühasirəyə alacaq

112149

“Yaxın günlərdə Laçın yolu açılmasa, o zaman xalqımıza müraciət edərək Gümrüdəki 102-ci hərbi bazanın girişini bloklamağa çağıracağıq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Sasna Tsrer” radikal hərəkatı əsasında yaradılan Ermənistan “Milli Demokratik Plyus” Partiyasının üzvü Vaqe Qasparyan səsləndirib.

Onun sözlərinə görə, “Arsax” (Qarabağdakı qondarma rejim) necə mühasirəyə alınıbsa, Rusiya hərbi bazası da o cür mühasirəyə alınacaq.

Yeri gəlmişkən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yaşayan ermənilərin Xankəndidən Ermənistana gediş-gəlişi üçün Laçın yolu tamamilə açıqdır və blokadadan söhbət belə gedə bilməz.  Ancaq həmin yoldan separatçılarına dəstək üçün silahların daşınmasına, təbii sərvətlərimizin Ermənistana aparılmasına rəsmi Bakı daha imkan verməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO