İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfərə gedib.
Bizim.Media “Tasnim” agentliyinə istinadən xəbər verir ki, parlament sədrinin təyyarəsi Moskvadakı hava limanına eniş edib.
MÖVZU İLƏ BAĞLI:
İranın Ali Rəhbəri ABŞ-dakı prezident seçkilərini tamaşa adlandırıb
Məmmədbagir Qalibaf üçgünlük səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Rusiya Dövlət Dumasının sədri Vyçeslav Volodin və Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşəcək.
Məlumatda deyilir ki, görüş əsnasında spiker İranın ali rəhbəri ayətullah Əli Xameneyinin məktubunu Rusiya prezidenti Vladmir Putinə təqdim edəcək.
Bizim.Media