8-9 yaşlı qızına şiddət tətbiq edən və onu yastıqla boğmağa çalışan qadının görüntüləri sosial medianı ayağa qaldırıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, video görüntüdə döyülən qızın qardaşları olduğu düşünülən 2 azyaşlının da baş verənləri qorxu ilə izləməsi diqqət çəkib.
Türkiyə ictimaiyyətində böyük əks-səda doğuran videodan sonra Nurcan Serçe adlı qadın saxlanılıb.
Harada və nə vaxt çəkildiyi bəlli olmayan video sosial media istifadəçilərini ayağa qaldırıb. Görüntüləri lentə alanın kimliyi isə hələki naməlumdur.
Hadisə ilə bağlı istintaq başlanıb.
Alçina Amilqızı, Bizim.Media