Ermənilər İrəvanda Qarabağ separatçılarına dəstək aksiyası keçirir - VİDEO

Ermənilər İrəvanda Qarabağ separatçılarına dəstək aksiyası keçirir - VİDEO

Hazırda oxunan: Ermənilər İrəvanda Qarabağ separatçılarına dəstək aksiyası keçirir - VİDEO

109364

İrəvanın Azadlıq meydanında Qarabağ separatçılarına dəstək aksiyası keçirilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı görütünləri “Yerevan today” nəşri yayıb.

Videoda şəhər sakinləri “Arsax” (Qarabağdakı qondarma rejim) deyə qışqırırlar.

Xatırladaq ki, dünən səhərdən başlayaraq rus sülhməramlıları azərbaycanlı fəalların etirazına görə Laçın yolunu bağlayıblar. Onlar tələb edirlər ki, azərbaycanlı ekoloqlar Qarabağda, Ağdərə yaxınlığında qanunsuz istismar edilən “Qızılbulaq” qızıl mədəninin ərazisində monitorinq aparılmalıdırlar.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Movses Akopyan Laçın yolundakı vəziyyətlə bağlı bildirib ki, heç kim sadəcə olaraq erməni tərəfini vecinə almır, çünki 10 noyabr sənədinə görə Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Vitse-spiker, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan isə bəyan edib ki, Laçın dəhlizində nə Qarabağ separatçılarının, nə də Ermənistanın heç bir funksiyası yoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO