İranda 4 türk qızı zindanda SAXLANILIR - FOTO 

İranda 4 türk qızı zindanda SAXLANILIR - FOTO 

Hazırda oxunan: İranda 4 türk qızı zindanda SAXLANILIR - FOTO 

108912

İranda 4 türk qaşqay qızı noyabrın 15-dən Şiraz zindanında saxlanılırlar. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.

Bildirilir ki, Şirazın Tire Cərkanlının Kəşkuli qəbiləsindən olan Fatimə Səfəri Rad (16 yaşlı) bacısı Qəzəl Səfəri Rad və onların əmisi qızı Sara Səfəri Rad və Dizganlının Kəşkuli qəbiləsindən olan bibisi qızı Zəhra Ətayi (20 yaşlı) ilə birlikdə noyabrın 15-də İranın repressiv qüvvələri tərəfindən oğurlanaraq, Şirazın Adilabad zindanına köçürülüblər.  

Qaşqaylı qızlar barədə əldə edilən yeganə xəbər odur ki, Saradan məcburi etiraf alaraq SEPAH tərəfindən Şirazın əyalət telekanalında yayımlayıblar.  

Onların hamısı barəsində ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və əlbir olma ittihamı irəli sürülüb, ağır təzyiqlər altında dindiriliblər.   

Etirazçı qızlar həmçinin ailələri ilə görüşmək, əlaqə saxlamaq hüququndan məhrum ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO