Çavuşoğludan Qərb ölkələrinə ÇAĞIRIŞ – “Ukrayna və Rusiyanı yola gətirin” 

Çavuşoğludan Qərb ölkələrinə ÇAĞIRIŞ – “Ukrayna və Rusiyanı yola gətirin” 

Hazırda oxunan: Çavuşoğludan Qərb ölkələrinə ÇAĞIRIŞ – “Ukrayna və Rusiyanı yola gətirin” 

107575

“Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Romada keçirilən konfransda çıxış edərkən bildirib.

Çavuşoğlu müttəfiq ölkələrə Ukraynanı yola gətirmək barədə çağırış edib:

“Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasında oturtmağa inandırmalıyıq”.
Çavuşoğlu həmçinin qeyd edib ki, hazırda Ukrayna-Rusiya arasında vəziyyət olduqca gərgindir. O etiraf edib ki, Ukrayna və Rusiya nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü mart ayı ilə müqayisədə indi tərəfləri danışıqlar barədə yola gətirmək daha çətin olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO