Ermənistanda qəzaya uğrayan təyyarədə həlak olanlar Rusiya Federasiyasının vətəndaşlarıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Fövqəladə Hallar Nazirliyinin Kotayk Regional Xilasetmə İdarəsinin rəisi Gevorq Sedrakyan məlumat verib.
Onun sözlərinə görə, təyyarə Djraber kəndindəki qum mədəninin ərazisinə düşüb. Qəzanın ilkin səbəbi kimi əlverişsiz hava şəraiti (qatı duman fonunda görmə qabiliyyətinin az olması) göstərilir.
Hazırda təyyarənin hissələri tüstülənir, yalnız quyruq hissəsi toxunulmaz qalıb. İstintaq Komitəsinin əməkdaşları hələ də fövqəladə hadisə yerində işlədiyindən ölən 2 nəfərin cəsədi təxliyyə edilməyib.
Qəzaya uğrayan təyyarənin Rusiyanın Həştərxan şəhərinə uçduğu məlum olub.
Bizim.Media
- A-
- A
- A+
Region
17:08 / 01.12.2022
Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər Rusiya vətəndaşlarıdır – FOTO/VİDEO
Hazırda oxunan: Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər Rusiya vətəndaşlarıdır – FOTO/VİDEO
Hazırda oxunan: Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər Rusiya vətəndaşlarıdır – FOTO/VİDEO
107327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.