Türkiyədə son sutka ərzində 117 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Nazirin sözlərinə görə, 8102 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 354, virusa yoluxanlar isə 2 501 079 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 387 384 pasiyent (son sutkada 8314 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media