“Biz hamımız öləcəyik” – Putin Ukraynada vuruşan əsgərlərin anaları ilə görüşdü - VİDEO 

“Biz hamımız öləcəyik” – Putin Ukraynada vuruşan əsgərlərin anaları ilə görüşdü - VİDEO 

Hazırda oxunan: “Biz hamımız öləcəyik” – Putin Ukraynada vuruşan əsgərlərin anaları ilə görüşdü - VİDEO 

106361

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə səfərbərliklə müharibəyə cəlb olunan əsgər anaları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin əsgər analarının keçirdiyi hissləri anladığını və onlara övladları ilə fəxr etməli olduqlarını bildirib.

“Biz hamımız faniyik, nə vaxtsa, bu dünyadan gedəcəyik. Sual ondan ibarətdir ki, biz necə yaşayaraq ölürük? Sizin övladlarınız sözün həqiqi mənasında yaşayıblar və ölsələr bu, səbəbsiz yerə olmayacaq”, - deyə Putin övladları Ukraynada iştirak edən analara bildirib.
Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı Rusiyada səfərbərliklə müharibəyə cəlb olunanların ailələrinin etiraza hazırlaşdığını iddia edib. Kremlin də bu etirazların qarşısını almaq məqsədilə hərbçilərin anaları ilə prezidentin görüşünü təşkil etdiyi iddia edilib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO